• Badımcan sırdağı resepti

Reseptin məlumatları Baxış sayı: 20 262

Tarix : 24-01-2017, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
8-9 ədəd orta boylu badımcan
Qızartmaq üçün təxminən yarım fincan bitki yağı
5 ədəd orta ölçülü yetişmiş, lakin bərk pomidor - dairəvi formada qalın doğranmış
4 diş sarımsaq- xırda doğranmış
1/3 fincan su
Duz, istiot

Hazırlanması:
Badımcanlar bıçaqla yarım santimetr qalınlığında uzununa doğranılır. Badımcanın acılığını almaq üçün aşağıda göstərilən iki üsulun birindən istifadə edin:
1) Badımcan dilimləri süzgəcin içinə yığılır, üzərinə təxminən 2 xörək qaşığı duz səpilir. Duzlanmış badımcanların üzərinə ağır bir şey qoyulur. Məsələn, boşqab - onun da üzərinə banka yaxud ağır qapaq yerləşdirilir. Bu ona görədir ki badımcanların suyu yaxşı çıxsın və acılığı getsin. Təxminən 20 dəqiqə sonra badımcandan ayrılan tünd su süzülüb atılır. Badımcanlar təmiz su ilə yüngülcə yuyulur, suyu süzülür. Hətta yaxşı olardi ki, salfet və ya kağız dəsmalla suyunu tamamilə çəkəsiniz.
2) DBadımcan dilimləri duzlu suya salınır. (Bunun üçün bir orta ləyən soyuq suya 2 xörək qaşığı duz əlavə edilir.) Üzəyinə ağır bir şey qoyulur, 20 dəqiqə sonra su tamamilə süzülüb atılır. Badımcanlar təmiz su ilə yuyulur və suyu süzülür. Hətta yaxşı olardi ki, salfet və ya kağız dəsmalla suyunu tamamilə çəkəsiniz.
Tavaya yağ salınır, orta dərəcəli odda yağ dağ olanadək qızdırılır. Əgər yağ yaxşı isinməsə badımcanlar yağı tamamilə öz canına çəkəcək. Badımcanların hər iki tərəfi, təxminən 3-5 dəqiqə olmaqla qızılı rəng alanadək bişirilir. Bişirərkən lazım olarsa yenidən yağ əlavə olunur. Yağ badımcanları bişirməzdən əvvəl hər dəfə isidilməlidir. Bişdikdən sonra badımcanlar tavadan götürülüb, yağı süzülsün deyə salfet üzərində qoyulur.
Tavada əlavə yağ qalıbsa doğranmış pomidorların da hər iki tərəfi, laz az müddət, təxminən bir dəqiqə bişirilir. (Əgər tavada badımcanlar bişərkən qara yanıqlar əmələ gəlibsə onlar təmizlənir, bir qədər yağ əlavə olunub lazımınca qızdırılıdıqdan sonra pomidorlar bişirilir.) Pomidorlar bişdikdən sonra ayrıca boşqaba yığılır.
Təmiz tavaya əvvəlcə 3-4 qat bişmiş badımcanlar düzülür, ən üst qata pomidorlar yerləşdirilir. Xırda doğranmış sarımsaq səpilir, duz, istiot vurulur. Su əlavə olunduqdan sonra tavanın üzəri qapaqla örtülür, vam odda qarışdırılımadan, 15 dəqiqə bişirlir. Hazır yemək çörəklə birgə süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: sonra, əlavə, dəqiqə, tamamilə, badımcanlar, doğranmış, təxminən, yaxşı, üzərinə, bişirilir, Badımcanlar, salfet, qoyulur, pomidorlar, kağız, dilimləri, yığılır, olardi, süzülüb, qaşığı
BİZİ İZLƏYİN