• Fırında ətli kartof dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 767

Tarix : 22-03-2016, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
200 q kiçik doğranmış quşbaşı ət,
1 dənə kök,
1 kiçik kasa noxud,
1 dənə soğan,
1 baş sarımsaq,
1 şorba qaşığı tomat,
2 şorba qaşığı kərə yağı,
Yarım çay qaşığı qarabibər,
Yarım çay qaşığı cirə,

Püresi üçün:
4 ədət kartof,
1 dənə yumurta,
Yarım çay stəkanı süd,
Yarım su stəkanı incə rəndələnmiş holland pendiri,
1 şorba qaşığı kərə yağı,
Duz,
İstiot ,

Hazırlanması:
Kartofları bişirib soyumağa qoyun.
Soğanı və sarımsağı yeməklik doğrayıb qazana qoyun.
Kərə yağı və bir az duru yağ əlavə edib qovurun.
Quşbaşı ətimizi əlavə edib qovurmaya davam edin.
Ət suyunu buraxdıqdan sonra tomatını əlavə edin.
Kök və noxudu əlavə edib bişməyə qoyun.
Öz suyu yetərli gəlməyəcəkdir .
1 su stəkanı da su əlavə edin.
Ədviyyatlarını və duzunu da əlavə edib bişməyə qoyun.
Bu arada bişən kartoflara yumurta və duz qatıb möhkəm yoğurun.
Üçdə birini üzəri üçün ayırın.
Çox olan püremizə kasa şəkli verərək siniyə düzün.
Bişən ət xərcimizi üzərlərinə paylaşdırın. Qalan püremizə qazanda yağı əridib əlavə edin.
Süd və holland pendiri də qatıb bişirin.
Ətlərinizin üzərini püreylə qapatın.
Üzəri qızarana qədər fırında bişirin.
(fırını 180 200 dərəcəyə qədər qızdırın.)

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, Yarım, qoyun, şorba, stəkanı, qatıb, bişməyə, bişirin, yumurta, püremizə, holland, pendiri, qədər, kiçik, kartof, yoğurun, şəkli, fırını, birini
BİZİ İZLƏYİN