• Quru küftə və kartof küftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 17 033

Tarix : 20-02-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
çəkilmiş ət
soğan
kartof
yumurta
keşniş
nanə qurusu
duz
istiot
suxarı

Hazırlanması:
Çəkilmiş ətə soğan çəkilib qatılır. Sonra keşniş, nanə qurusu, duz, istiot, 1 yumurtanın ağı qatılıb, yaxşıca qarışdırılır. Bir qaba suxari tökülür, küftələr hazırlanır, hər iki tərəfi suxariyə batırılıb yağda qızardılır.

Kartof küftəsi üçün 3 iri kartof suda bişirilir, qabığı soyulub əzilir. Sonra 2 yumurta, duz , istiot, 1 x.q suxari qatılıb, yaxşı qarışdırılır.
Daha sonra qızdırılmış tavaya yağ tökülür, hazırladığımız qarışıq qaşıqla küftə formasında tavaya tökülüb qızardılır.

Nuş olsun!
Etiketlər: istiot, tavaya, qatılıb, qarışdırılır, suxari, qızardılır, tökülür, Sonra, keşniş, kartof, soğan, qurusu, yumurta, əzilir, yaxşı, soyulub, qabığı, bişirilir, olsun, sonra
BİZİ İZLƏYİN