• Toyuqlu bulqur plovu resepti

Reseptin məlumatları Baxış sayı: 22 541

Tarix : 22-02-2016, 23:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
1 baş soğan
1 ədəd toyuğun döş əti
5-6 qaşıq kərə yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı qırmızı bibər pastası (zəruri deyil)
3 stəkan iri bulqur (plovluq bulqur)
Duz
İstiot

Hazırlanması:
Soğanı xırda-xırda doğrayın. Toyuq ətini kubiklərə doğrayın.
Orta ölçülü qazanda kərə yağını əridin. Soğanı bu yağda yumuşalanadək bişirin. Sonra toyuq ətini əlavə edib, toyuq və soğan bir az qızaranadək bişirin.
Tomatları əlavə edib, bir dəqiqə ərzində bişirin.
Bulquru əlavə edib, yarım dəqiqə tez-tez qarışdırın. Zövqə görə duz-istiot vurun.
Qazana isti su (toyuq bulyonu da olar) əlavə edin – su iki barmaq qədər bulqurun üstünü örtməlidir. Qazanın qapağını qoyub, bulquru orta odda suyu çəkilənədək bişirin. Arada qarışdıra bilərsiniz ki, dibi yapışmasın. Hazır plovu kənara çəkib, qapağın arasına çay dəsmalı və ya kağız dəsmal qoyun ki, plov təxminən 10 dəqiqə dəmlənsin.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, bulqur, toyuq, dəqiqə, Soğanı, xırda, qaşığı, pastası, plovu, ətini, soğan, doğrayın, üstünü, örtməlidir, bulqurun, Qazanın, Qazana, Zövqə, qarışdırın
BİZİ İZLƏYİN