• Əriştəli toyuq resepti

Reseptin məlumatları Baxış sayı: 17 853

Tarix : 22-02-2016, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 su s. Arpa əriştə
1 şorba q. Kərə yağı
Duz
Duru yağ
Su

Toyuğu üçün:
2 toyuq sinəsi
1 kasa göbələk
1 soğan
1 kasa tomat püresi
3 xörək qaşığı istiot püresi
1 dəstə reyhan
3 diş sarımsaq
Zeytun yağı
Duz
İstiot

Hazırlanması:
Plov üçün, plov qazanına zeytun yağı tökürük və arpa əriştə qovururuq. Kərə yağını əlavə edib qovurmaya davam edirik. Duzunu atırıq. Qovrulmuş arpa əriştə yayvan bir saxsı qabına tökürük və üzərini düzəldirik.

Toyuq döş əti quşbaşı doğrayırıq. Göbələkləri incə nazik doğrayırıq. Soğanı və sarımsaqları xırda doğrayırıq. Tavaya zeytun yağı tökürük. Soğan və sarımsağı qovururuq. Sonra göbələyi əlavə edib qovurmağa davam edirik. Göbələk suyunu çəkəndə də toyuğu əlavə edirik və xirdrdalıyiriq. Suyunu qoyub çəkəndə pomidor və istiot püresini əlavə edirik. Reyhanı doğrayı əlavə edirik. Duzunu və qara bibəri qoyuruq və bişiririk. Saxsı ocaq üzərində alırıq, toyuq sote qızardılmış əriştə üstünə tökürük. İsti suyunu veririk, 1-2 dəqiqə qaynadırıq və əvvəlcədən isidilmiş 180 dərəcəlik sobaya qoyub bişiririk.

Nuş olsun!
Etiketlər: əlavə, edirik, əriştə, tökürük, doğrayırıq, davam, toyuq, qovururuq, Duzunu, qoyub, suyunu, çəkəndə, zeytun, bişiririk, istiot, püresi, toyuğu, xirdrdalıyiriq, Suyunu, püresini
BİZİ İZLƏYİN