Tərkibi:1 bolqar bibəri
2 orta boy badımcan
1 diş sarımsaq
1 balaca çili
1 x.q. zeytun yağı
1 ç.q. kəkotu
1 yumurta
duz
istiot
4-5 x.q. narın suxarı
bitki yağı (qızartmaq üçün)
narın suxarı (kotletləri batırmaq üçün)
Hazırlanması:Bibər və badımcanları 220 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Sonra paketə qoyub 10 dəqiqə saxlayın. Bu müddətdən sonra qabığını təmizləyin.
Sarımsaq və çilini xırdalayın, bibəri də kubik doğrayıb birlikdə qarışdırın, duz, istiot, zeytun yağı və kəkotu əlavə edin.
Badımcanı blenderdə xırdalayın, 1 yumurta, 4-5 x.q. narın suxarı əlavə edin, duz, istiot vurub yaxşıca qarışdırın.
Badımcanlı kütləni 8-10 yerə bölün. Hər birini ovcunuzda yastılayıb ortasına bibərli içlik qoyub kotlet tutun.
Kotletləri suxarıya batırıb qızdırılmış yağda hər üzünü 3-4 dəqiqə qızardın.
Süfrəyə salat və xama ilə verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: narın, dəqiqə, istiot, suxarı, bibəri, əlavə, qoyub, qızdırılmış, qarışdırın, yumurta, xırdalayın, zeytun, kəkotu, ovcunuzda, yastılayıb, birini, yaxşıca, ortasına, Badımcanı, vurub