• Lomo saltado - Tullanan ət resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 165

Tarix : 22-04-2016, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
0.5 kq mal əti
2-3 kartof
2 ədəd qırmızı soğan
3 pomidor
1-2 acı istiot
3 diş sarımsaq
1 ç.q. zirə
1 ç.q. passata, yaxud digər tomat pastası
1 ç.q. soya sousu
1/4 st. pivə
duz
istiot
1 dəstə cəfəri
bitki yağı

Hazırlanması:
Əti saman kimi doğrayın, duz-istiot vurun.

Yağı tavada möhkəm qızdırın. Az-az əlavə etməklə əti qovurun (təxminən hər porsiyanı 1,5 dəqiqə). Bir qaba yığın.

Eyni zamanda kartofu da ayrı tavada fri qızardın.

Soğanı yarımhalqa, pomidoru fal-fal doğrayın. Əti qovurduğunuz tavadakı yağa töküb ikisini də qovurun. Şirəsini buraxanda soya sousu əlavə edin.

Pomidorla soğan bişdiyi müddətdə acı sousu hazırlayın: acı istiotu, təmizlənmiş sarımsağı və saplaqları artlanmış cəfərini xırda doğrayın, zirəylə qarışdırın.

Bu qarışığı pomidorla soğana əlavə edin. Passatanı (yaxud tomat pastasını) əlavə edib qarışdırın. 1/4 st. pivə əlavə edin.

Bir qədər bişəndən sonra qovurduğunuz ətlə fri kartofu əlavə edin. Səliqəylə qarışdırıb ocaqda daha 1-2 dəqiqə saxlayın.

Xörəyi boşqaba çəkin, üzərinə doğranmış cəfəri səpin, süfrəyə təzə, yaxud konservləşdirilmiş acı istiotla verin.

Lomo saltado - Tullanan ət resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, doğrayın, yaxud, sousu, istiot, cəfəri, dəqiqə, qovurun, qovurduğunuz, kartofu, tavada, qarışdırın, soğan, tomat, sarımsağı, Passatanı, təmizlənmiş, qədər, saplaqları, pastasını
BİZİ İZLƏYİN