• Kartof və göbələklə balıq zapekankası resepti

Reseptin məlumatları Baxış sayı: 13 794

Tarix : 6-04-2016, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq kartof
4 yumurta
200 q şampinyon
700 q balıq filesi
bitki yağı

sous:
1 yumurta
150 ml süd
100 q bərk pendir (emmental, masdaam)
duz
qara istiot
cəfəri

Hazırlanması:
Kartofu tərtəmiz yuyub qabıqlı bişirin. Təmizləyib fal-fal doğrayın.

Yumurtaları suda bişirin, təmizləyib fal-fal doğrayın.

Şampinyonları doğrayıb bitki yağında yüngül qızardın. Kağız salfetin üzərinə düzün.

Balıq filesini yuyun, qurudun, xırda doğrayın.

Formanı bitki yağıyla yağlayın. Sobanı 180 dərəcə qızdırın. Lay-lay kartof, yumurta, balıq və göbələyi düzün.

Sous: yumurtanı süd, duz, istiot, sürtgəcdən keçirilmiş pendir və doğranmış göyərti ilə çalın, göbələyin üzərindən tökün.
Sobada 35 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, doğrayın, bitki, yumurta, kartof, istiot, pendir, balıq, düzün, dərəcə, qızdırın, göbələyi, Sobanı, xırda, qurudun, yuyun, yumurtanı, Formanı, yağıyla, yağlayın
BİZİ İZLƏYİN