• Nudli resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 430

Tarix : 15-02-2016, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
500 q mal əti (toyuq əti də olar)
1 kq kartof
soğan
yerkökü
duz
istiot

nudli:
0,5 st. qatıq
1/4 ç.q. soda
duz
un (lazımi qədər)
3 diş sarımsaq
şüyüd

Hazırlanması:
Soğanı xırda doğranmış yerkökü ilə qovurun. Orta ölçüdə doğranmış əti əlavə edin, duz-istiot vurun. Ət qovrulandan sonra az-az su əlavə etməklə yumşalanadək bişirin.

Nudli üçün qatıq, soda və duzu qarışdırın, unu tədricən əlavə etməklə bərk olmayan xəmir yoğurun. Bir qədər saxlayın.

Orta ölçüdə olan kartofları təmizləyib dörd bölün, ayrıca qızardın (kartofu çiy də qata bilərsiniz, amma qızardılanda daha dadlı olur).

Kartofu bişmiş ətə əlavə edin, kartofun tam üstünə çıxmayacaq qədər su tökün.

Xəmiri yayın, bitki yağı çəkin (kartofu qızartdığınız yağı çəksəniz, onda da dadlı alınacaq), sarımsağı əzib yağın üstündən çəkin, doğranmış şüyüd səpin. Rulet kimi bükün. 1,5 sm enində doğrayın.

Kartof bişənə yaxın üzərinə nudlini düzün, suyu az olarsa, əlavə edin, qazanın qapağını örtüb 15 dəqiqə vam odda bişirin. Bişən zaman nudlinin həcmi artacaq.

Üzərinə doğranmış cəfəri səpin.

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT

Nudli resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, qədər, ölçüdə, etməklə, bişirin, səpin, çəkin, kartofu, şüyüd, dadlı, qatıq, istiot, yerkökü, Rulet, bükün, enində, bişənə, Kartof, doğrayın
BİZİ İZLƏYİN