• Fırında kartoflu və kərə yağlı alabalıq resepti

Reseptin məlumatları Baxış sayı: 13 665

Tarix : 12-06-2016, 21:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
3 ədəd alabalıq,
3 ədəs kartof,
Kərə yağı,
Duz,
Kəklikotu,
Istiot,

Hazırlanması:
Balıqları təmiz yuyun.
Uzunlamasına ortadan ikiyə ayırın ya da arzuya görə bütöv olaraq da istifadə edə bilərsiniz.
Balıqları fırın sinisinə düzün.
Kartofları yuyun.
Qabığını soyun.
İncə halğa halında kartofları doğrayın.
Doğranmış kartofları balıqların aralarına yerləşdirin.
Balıq və kartofların üzərinə fındıq böyüklüyündə kəryağı əlavə edin.
Sonra üzərinə duz, istiot və kəklikotu səpib fırına verin.
İsti-isti servis edin.

Nuş olsun!
Etiketlər: alabalıq, kartof, kərə yağı, balıq
BİZİ İZLƏYİN