• Badamlı və kişmişli alabalıq resepti

Reseptin məlumatları Baxış sayı: 11355

Tarix : 3.06.2014, 06:14

Bölmə : Quru yeməklər, Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6




Tərkibi:
5 ədəd alabalıq
75 qr badam
75 qr kişmiş
1 xörək qaşığı zeytunyağı
1 xörək qaşığı marqarin
1-4 çay qaşığı hindistan qozu rəndəsi
1-2 çay qaşığı darçın
1 ədəd portağal (pərdəsiz dilimlərə ayrılmış)
Duz
Təzə çəkilmiş qara bibər

Hazırlanması:
Sobanı180°C'yə gətirib, istilədin. Alabalıqların içini və xaricini duzlayıb, bibərləyin. Badamların qabıqlarının asanca soyulması üçün qaynar suya atıb, 1-2 dəqiqə gözlədin. Süzdürüb, qabıqlarını soyun və badamları uzunlamasına ortadan ikiyə bölün. Alabalıqları içinə sığa biləcək bir soba qabının içinə ikiyə qatlanmış bir aluminyum folyo kağızı sərin. Badamları soyub, ikiyə bölün və balıqları soba qabına yerləşdirin.
Kişmişləri yuyub süzün. Alabalıqları kağızın içinə yerləşdirin. Bir tavada zeytun yağını istilədin. Yağ istiləndikdə, içinə badamları atıb, yüngülcə qızarana qədər qızardın. Badamların rəngi dəyişər-dəyişməz tavaya marqarini əlavə edin. Marqarin əriyincə kişmişləri, hindistan qozu rəndəsini və darçını qatın. Hamısını birlikdə 1 dəqiqə qarışdıraraq bişirib oddan götürün. Badamlı-quru üzümlü qarışığı soba qabındakı balıqların üzərinə gəzdirin. Alüminium kağızı üzərlərinə bağlayaraq kənarlarından bükün. Əvvəldən isidilmiş sobada 20-25 dəqiqə bişirin. Balıqları sobadan götürüb bir servis qabına köçürün. Portağal dilimləri ilə bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: qaşığı, içinə, ikiyə, dəqiqə, qabına, yerləşdirin, istilədin, Alabalıqları, kağızı, Badamların, servis, badamları, hindistan, xörək, bölün, darçını, qarışdıraraq, qatın, rəndəsini, Hamısını
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN