• Kağızda alabalıq resepti

Reseptin məlumatları Baxış sayı: 10046

Tarix : 21.04.2016, 21:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri, Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8




Tərkibi:
1,5 kq alabalıq can əti
2 soğan
1 kartof
1 çimdik biberiye
2 limon
Duz
İstiot
Zeytun yağı

İçlik üçün:
500 q istridiyə göbələyi
3 diş sarımsaq
1 dəstə reyhan
Zeytun yağı
Duz
İstiot

Hazırlanması:
Soğanları və kartofları kub doğrayırıq. Yağlı kağızdan orta hesabla boşqab böyüklüyündə kvadrat parçalar kəsirik. Yağlı kağızların ortasına gətirən və kartofları bölüşdürürük. Alabalıq can ətimizi 8 pay çıxacaq şəkildə kəsirik. Yağlı kağızlardakı soğan və kartofların üzərinə alabalıqları qoyuruq. Duz və istiotu atırıq. Zeytun yağını tökürük. Limonları dilim kesirik. Hər balıq parçasının üstünə bir dənə biberiye budağı bir dilim də limon qoyuruq. Yağlı kağızın iki ucundan qaldırıb ortaya doğru qatlayırıq və səliqə bağlayırıq. Soba xonçasına kağızda balıqları duzuruk. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Göbələkləri iri doğrayırıq. Tavaya zeytun yağı tökürük və göbələkləri qoyuruq, xirdaliyiriq. Reyhanı və sarımsağı doğrayırıq. Göbələyin üzərinə əlavə edirik və qarışdıraraq bişiririk. Duzunu və qara bibəri qoyuruq. Göbələk bişəndə bir boşqaba, ya da qaba qoyuruq. Bu qabı da xidmət qabının ortasına qoyuruq. Kənarlarına kağızda alabalıqları düzərək xidmət edirik.

Nuş olsun!

Etiketlər: qoyuruq, Yağlı, doğrayırıq, Zeytun, bişiririk, edirik, ortasına, üzərinə, dilim, kağızda, tökürük, alabalıqları, kartofları, kəsirik, xidmət, soğan, limon, biberiye, İstiot, duzuruk
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN