• Sobada limonlu sarımsaqlı qızılxallı alabalıq resepti

Reseptin məlumatları Baxış sayı: 9751

Tarix : 17.02.2016, 19:00

Bölmə : Quru yeməklər, Balıq yeməkləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4




Tərkibi:
1 orta ölçülü qızılxallı alabalıq (digər adları – poladbaş alabalıq, qöyqurşağı qızılbalığı)
2 xörək qaşığı ərinmiş kərə yağı
2 diş sarımsaq (qabığı soyulmuş və əzilmiş halda)
Orta ölçülü yarım limonun sürtgəcdən keçirilmiş qabığı
Orta ölçülü yarım limonun şirəsi
Duz və istiot
Bir çimdik xırda doğranmış təzə şüyüd və ya qurudulmuş şüyüd

Hazırlanması:
Sobanı 230C dək qızdırın.
Iri soba listinin üzərinə aluminium folqa sərin. List kifayət qədər iri olmalıdır ki, bütöv file yerləşsin. File yerləşmirsə onu ikiyə bölün.
Fileni dərisi altda olmaq şərtilə folqanın üzərinə qoyun.
Kiçik bir qabda ərinmiş kərə yağı, sarımsaq, limon suyu, limon qabığı, duz və istiotu yaxşıca qarışdırın.
Sousu filenin üzərinə çəkin. Bunun da üstünə şüyüd səpin.
12-15 dəqiqə və ya file tam bişənədək sobanın orta gözündə bişirin. Spatula vasitəsi ilə fileni folqadan qaldırıb servis qabına qoyun. Balığın qabığı folqanın üzərində qalacaq (folqayla bərabər ata bilərsiniz). Nuş olsun!
Fileni ayrıca qaba qoyub istənilən qarnir ilə süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: limon, qabığı, Steelhead, Garlic, Lemon, Trout, ərinmiş, şüyüd, alabalıq, üzərinə, sarımsaq, Fillet, qurudulmuş, qızılxallı, ölçülü, Baked, folqanın, üstünə, Fileni, əvəzinə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN