• Mantı resepti

Reseptin məlumatları Baxış sayı: 54 913

Tarix : 17-06-2016, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
500 qr qoyun və ya mal əti
100 qr qoyun quyruğu
1kq baş soğan
1 yumurta
500 qr un
duz, qırmızı toz bibər, reyhan (zövqə görə)

Hazırlanması:
Ət və quyruq xırda-xırda doğranır (Qeyd edək ki, quyruğu ətə zövqə görə az və ya cox da qata bilərsiniz. Əsl özbək mantısında quyruq ətin cəkisi qədər götürülür). Soğan da xırda-xırda doğranır və ətə qatılır. Ədviyyət də qarışığa əlavə olunur.

Xəmir üçün bir qaba yumurta, yarım stəkan su, duz tökülüb qarışdırılır, sonra un əlavə edilib xəmir yoğrulur (Gərək olsa, yenə un əlavə edilə bilər). Xəmir yoğrulduqdan sonra onu xəmir taxtasında və ya masa üzərində 15-20 dəqiqə yaxşıca yumşaltmaq (övkələmək) lazımdır. Yarım saat müddətində xəmir dincə qoyulmalıdır.
Mantı qazanı su ilə doldurulub ocağın üstünə qoyulur.
Hazır xəmir qoz boyüklüyündə (eyni boyüklükdə kəsin) kündələrə bölünür.
Hər kündədən, təxminən 10 sm diametrində incə yuxa yayılır.
Yuxalara 1 yemək qaşığı iç qoyulur və hər iki tərəfindən tutmaqla üz-üzə birləşdirilərək bükülür.
Hazır mantılar bitki yağına batırılır və qazana düzülür.
Mantılar ağzı bağlı halda 40-45 dəqiqə ərzində bişirilir. Od gur olmalıdır ki, mantılar buxarda yaxşı bişsin. Hazır mantılar səliqə ilə qaba düzülür, üzərinə isidilmiş kərə yağı və qara istiot tökülür.
Aşagıda təqdim etdiyimiz foto-reseptin də köməyi ilə siz də cətinlik cəkmədən mantı hazırlaya bilərsiniz

Nuş olsun!
Etiketlər: xırda, xəmir, Hazır, əlavə, mantılar, doğranır, bilərsiniz, dəqiqə, Xəmir, quyruq, sonra, quyruğu, yumurta, qoyun, qoyulur, zövqə, düzülür, bitki, yağına, qazana
BİZİ İZLƏYİN