• Özbək mantısı resepti

Reseptin məlumatları Baxış sayı: 437

Tarix : 23.01.2019, 12:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4




Tərkibi:
Yumurta: 2 ədəd
duz: lazım olan qədər
Su: 1 stəkan
un
qiymə-1 kq
soğan-800 qram
istiot
bibər
kərə yağı

Hazırlanması:
Özbək mantisi hazırlamaq üçün əvvəlcə un ələnir. Bunun məqsədi, unun həm havalanması, həm də içərisində yad cisimlər varsa onların təmizlənməsidir.
Xəmir hazırlanacaq geniş bir qaba 2 ədəd yumurta qırılır.
Yumurtalara xəmirin duzu əlavə edilir.
Çəngəl vasitəsi ilə yumurtalar çalınır və duz qarışdırılır.
Bundan sonra yavaş yavaş yumurtaya su əlavə edilir. Qarışdırılaraq durulaşdırılır.
Xəmirin yumurtalı suyuna daha sonra əvvəlcədən ələdiyimiz unu yavaş – yavaş əlavə edib xəmir mantinin xəmirini yoğururuq.
Xəmir yoğrulub hazır olduqdan sonra stolun üzərinə biraz un səpilir. Xəmir burada biraz yoğrulduqdan sonra masanın üzərinə biraz un əlavə edin.
Yumurtalı manti xəmiri burada masanın üzərində də biraz yoğrulur və üzərinə bir qab örtülərək gözlədilir.
Bu gözləmənin müddəti: 10-15 dəqiqədir.

Manti içlik hazırlanması:
İçlik hazırlamaq üçün əvvəlcə ət qiymə maşınından keçirilir. Yağsız olduğu təqdirdə içərisinə biraz da quyruq əlavə edilir.
Soğan kiçik – kiçik doğranılır.
Yaxşıca doğranılan soğan yağlı qiyməyə qarışdırılır.
Bundan sonra duz səpilir. Üzərindən əzilmiş istiot və qırmızı bibər səpilir. Yaxşıca qarışdırılır.
Bu arada dincəlməyə qoyduğumuz xəmiri yenidən biraz yoğururuq. 10-15 dəqiqə yenidən gözləyirik.
Gözlətdiyimiz xəmiri kiçik kündələr halına gətiririk.
Masanın üzərinə biraz un səpirik. Oxlova vasitəsi ilə yuxa yayırıq.
Bir kasa və bıçaq vasitəsi ilə yuxadan yumru parçalar kəsirik.
Doğranmış xəmirin içərisinə hazırladığımız qiyməli içlik qoyulur.ÖZBƏK MANTİSİ BÜKÜLÜR.
Bundan sonra manti qazanının parçalarının içərisi maye yağ vasitəsi ilə yüngülvari yağlanır.
Bükülmüş mantilər buxar qablarının içərisinə düzülür.
Qazanın içərisinə su qoyulur və ağzını örtərək qaynamağa qoyulur.
Su qaynadıqdan sonra içərisində mantilər olan hissələr qazanın üzərinə qoyulur. Təqribən 35-40 dəqiqə mantilər buxarda bişir.
Bir qabın içərisinə kahı yarpaqları və kiçik pomidorlar düzülür.
Mantilər kahı yarpaqlarının üzərinə səliqə ilə düzülür. Mantilərin üzərlərinə bir az kərə yağı qoyulur.
Bu şəkildə servis edilir.

Nuş olsun!

Etiketlər: sonra, biraz, üzərinə, içərisinə, qoyulur, əlavə, yavaş, kiçik, vasitəsi, edilir, xəmiri, düzülür, səpilir, Bundan, Xəmir, qarışdırılır, mantilər, içlik, xəmirin, manti
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica