• Spagetti Napoliten resepti

Reseptin məlumatları Baxış sayı: 13 845

Tarix : 22-06-2016, 12:00

Bölmə : Quru yeməklər / Makaron yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
3 xörək qaşığı marqarin
1 Supqaşığı incə doğranmış soğan
1 orta boy pomidor
1/ 2 çay qaşığı duz
1 ədəd qara bibər
1 xörək qaşığı duz
300 qr spagetti
25 qr rəndələnmiş pendir və ya kənd pendiri

Hazırlanması:
Əvvəl bir qazanda 1 xörək qaşığı marqarini əridin.
Yağ qızınca soğanı əlavə edin, tez-tez qarışdıraraq bir neçə dəqiqə qızardın.
Pomidorları əlavə edib bir neçə dəqiqə daha bişirin. Duz və bibəri qatıb qarışdırın.
Qazanı sonra ocaqdan götürün. Bir başqa qazanda spagettini yüngül bişirin.
Bir süzgəcdən süzüb təmiz və quru bir qazana qoyun. Qalan marqarini və pomidor sousunu əlavə edin.
Bir az duz və bibər əlavə edin. Soğanla xırda doğranmış pomidoru da kəsib yeməyin içinə qatın.
Makaronları çəngəllə qarışdırın. Spagetti napolitenin , yanında ayrıca rəndələnmiş pendirlə birlikdə süfrəyə isti verin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, xörək, qarışdırın, dəqiqə, qazanda, bişirin, bibər, marqarini, rəndələnmiş, pomidor, doğranmış, təmiz, kəsib, süzüb, yeməyin, pomidoru, qazana, Soğanla, qoyun
BİZİ İZLƏYİN