• Basdırma ətli plov resepti

Reseptin məlumatları Baxış sayı: 22677

Tarix : 21.06.2014, 20:53

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Düyü – 500 q
Ət – 1 kq
Kişmiş – 300 q
Kərə yağı – 300 q
Zəfəran

Basdırma üçün:
Limon şirəsi – 150 q
Baş soğan – 1 ədəd
Duz, istiot

Hazırlanması:
1.
Can əti parçalara ayrılıb streçin arasında döyülür, mətbəx qayçısı ilə üç hissəyə kəsilib hörülür.

2. “Hörük” ət mətbəx çöpləri ilə bərkidilir.

3. Basdırmanı hazırlamaq üçün: ətin üzərinə halqavarı doğranmış soğan, limon şirəsi, duz, istiot əlavə edilib 2 saat saxlanılır.

4. Kişmiş kərə yağında qızardılır.

5. Zəfəran dəmlənir.

6. Düyü 3 saat duzlu suda isladılır və süzülür. Qazanda su qaynadılır, duz və limon şirəsi əlavə edilir. Düyü qaynayan suda bişirilir və süzülür, üzərinə zəfəran dəmləməsi gəzdirilir.

7. Yağlanmış istiyədavamlı qabın dibinə soğandan təmizlənmiş basdırma ət yığılır, üzərinə düyü əlavə edilir, düyünün aralarına yağ gəzdirilib sobada dəmə qoyulur.

8. Plov süfrəyə “hörük” ət və kişmişlə verilir.

Nuş olsun!


Etiketlər: şirəsi, əlavə, üzərinə, edilir, süzülür, limon, istiot, soğan, mətbəx, Kişmiş, Zəfəran, istiyədavamlı, Yağlanmış, gəzdirilir, bişirilir, qaynadılır, Qazanda, qaynayan, qabın, zəfəran
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN