• Yarım stəkan piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 20246

Tarix : 26.05.2014, 11:16

Bölmə : Quru yeməklər, Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6




Bu piroqa ərzaqlar təxminən eyni həcmdə götürülür, ona görə də belə adlanır. İçini isə ürəyiniz istəyən başqa ərzaqlarla əvəzləyə bilərsiniz.

Tərkibi:
Xəmir üçün:

0,5 st. xama
0,5 st. yumurta (2-3 ədəd)
0,5 st. bitki yağı
0,5 st. isti su və ya süddə isladılmış 20 q maya
2 x.q. şəkər tozu
0,5 ç.q. duz
un - aldığı qədər

Düyülü iç üçün:
0,5 st. bişmiş düyü
2-3 yumurta
3-4 baş soğan
5-6 göy soğan
5-6 cəfəri və şüyüd
duz, istiot, ədviyyat

Ətli iç üçün:
500 q ət
3-4 baş soğan
1 dəstə göyərti
duz, istiot, ədviyyat

Hazırlanması:

Xəmir:
Xama və yumurtanı əvvəlcədən soyuducudan çıxarıb otaq temperaturunadək isinməsini gözləyin.
Xamanı şəkər tozu, duz və yumurta ilə çalın. İlıq su və ya süddə isladılmış mayanı, yağı əlavə edin, qarışdırın. Tədricən un əlavə edin, 10-15 dəqiqə yoğurun. Üzərini örtüb isti yerdə 1,5-2 saat saxlayın.
Hazır xəmiri iki yerə bölün: 2/3-si piroqun altına, 1/3-i üstünə olmaq şərtilə.

Düyülü iç:
Düyünü bişirin.
Yumurtanı suda bişirib xırda doğrayın.
Soğanı xırda doğrayın. Yarısını qızılı rəng alanadək qovurun.
Göy soğan, cəfəri və şüyüdü doğrayın.
Bütün ərzaqları qarışdırın, düz, istiot, zövqünüzə görə digər ədviyyat əlavə edin.

Ətli iç:
Əti maşından keçirin.
Soğanı xırda doğrayın. Birlikdə qovurun.
Göyərtini xırda doğrayın. Bişmiş qiymə ilə qarışdırın, duz, istiot, zövqünüzə görə digər ədviyyat əlavə edin.

Qızdırılıb yağlanmış siniyə xəmirin 2/3-sini yayıb döşəyin.
Üzərinə içi bərabər qaydada yayın.
Xəmirin qalanını yayıb üzərinə örtün. Kənarlarını birləşdirin. Üzərində kvadrat, yaxud romb şəklində kəsiklər edin. 15 dəqiqə isti yerdə saxlayın.
Üzərinə çalınmış yumurta çəkin.
180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Nuş olsun!

Etiketlər: doğrayın, istiot, soğan, yumurta, əlavə, ədviyyat, xırda, dəqiqə, qarışdırın, şəkər, Düyülü, digər, yayıb, süddə, Üzərinə, cəfəri, isladılmış, zövqünüzə, qovurun, Soğanı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN