• Azərbaycan plovu resepti

Reseptin məlumatları Baxış sayı: 24 315

Tarix : 25-01-2017, 20:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8


Tərkibi:
1 kiloqram uzun düyü,
0,5 kiloqram quzu əti,
şabalıd,
kişmiş,
albuxara
alça turşusunun hərəsindən 100 qram,
bir baş quru soğan,
zövqə görə duz,
sarıkök,
zəfəran,
zirə,
darçın.

Hazırlanması:
Əvvəlcə düyü duz əlavə edilmiş suda bişirilir. Düyünü süzməyə az qalmış qazana kişmiş (bura maş, lobya da əlavə etmək olar) əlavə edilir və düyü ilə birlikdə süzülür.

Qıraqda isə quzu əti iri parçalara döğranılır, yuyulur və yağ dağ edilmiş iri qazana düzülür. Ətə duz və ədviyyatlar vurulur. Ətin üzərinə sürtgəcdən keçirilmiş soğan əlavə edilir. Buraya bişmiş şabalıd, albuxara və alça turşusu da qatılır. Sonda süzülmüş düyü həmin qazana əlavə edilir. Plovu dəmə qoyan zaman düyünün qıraqlarından qazana əridilmiş kərə yağı daxil edilir. Düyünün üzərinə zəfəran və 3-4 zirə vurulur. Sonda qazanın ağzı parça örtüklə bükülmüş qapaqla bağlanılır və dəmə qoyulur.
Ətlərin bişməsi üçün qazanın altı əvvəlcə 5 dəqiqə ərzində gur odda saxlanılır. Sonra isə plov vamdan bir az artıq olan odda 40 dəqiqə müddətində dəmdə qalır.

Nuş olsun!
Etiketlər: əlavə, qazana, edilir, edilmiş, şabalıd, vurulur, üzərinə, dəqiqə, kiloqram, zəfəran, albuxara, kişmiş, Sonda, soğan, qazanın, Düyünün, örtüklə, parça, bükülmüş, zaman
BİZİ İZLƏYİN