• Şah plovu resepti

Reseptin məlumatları Baxış sayı: 13 515

Tarix : 25-10-2016, 12:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Ət-500 q
Şabalıd-0,5 kq
Kişmiş- 100q
Albuxara-150q
Qaysı qurusu-150q
Zəfəran-0,5q
Düyü-1,5kq
Kərə yağı-0,5kq
Lavaş-30 ədəd
Duz, istiot zövqə görə

Hazırlanması:
Düyü adi qayda ilə süzülüb hazır qoyulur. Kişmiş, albuxara və qaysı qurusu yuyulub yarım saatlığa islağa qoyulur. Ət və soğan ayrı-ayrı qovurulur. Sonra kişmiş, albuxara, qaysı qurusu, ət və soğan qarışdırılır. Alınan qaraya təmizlənmiş şabalıd əlavə edilərək yüngülcə qovurulur. Lavaşların hər iki tərəfi əridilmiş kərə yağında islatdıldıqdan sonra qazanın divarlarına yelpikvari şəkildə cərgə ilə düzülür. Qazanın dibinə 2 yağlanmış lavaş qoyulur. Sonra qazan süzülüb hazır qoyulmuş düyü ilə yarıyadək doldurulur. Düyünün üzərinə dəmlənmiş zəfəran əlavə edilir. Yüngülcə qovurulmuş qara düyünün üstünə yığıldıqdan sonra qazanın boş qalan hissəsi də düyü ilə doldurulur. Qazanın kənarından çıxan lavaşlar içəri qatladılır və düyünün üzəri yağda islanmış 2 lavaşla səliqə ilə qapadılır. Qazanın ağzı falqa ilə bağlandıqdan sonra 150 dərəcə temperaturda sobaya qoyulur. Yarım saat sonra şahlara layiq plov sizin ixtiyarınızda olacaq.

Nuş olsun!
Etiketlər: qoyulur, sonra, Qazanın, qurusu, soğan, albuxara, düyünün, qazanın, əlavə, doldurulur, Sonra, qovurulur, qaysı, süzülüb, Kişmiş, hazır, Düyünün, qalan, kənarından, çıxan
BİZİ İZLƏYİN