• Çakopuli resepti

Reseptin məlumatları Baxış sayı: 12 042

Tarix : 20-11-2017, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq quzu əti
500 q göy soğan
2 dəstə tərxun
1 dəstə keşniş
2 st. tkemali (turş, balaca alça)
1,5-2 st. ağ şirin şərab
2 diş sarımsaq
0,5 ədəd acı yaşıl istiot
1 ç.q. xmeli-suneli
duz
təzə üyüdülmüş qara istiot

Hazırlanması:
Əti quşbaşı doğrayın. Tavaya yığın. Göyərti, sarımsaq və soğanı xırdalayıb iki yerə bölün. Bir hissəsini ətə qatın, şərabı və alçaların yarısını əlavə edin.
Tavanı çox iti odun üzərinə qoyun. Qaynara düşəndən sonra ocağı azaldıb 40-50 dəqiqə ağzı bağlı halda bişirin. Göyərtinin, soğanın və alçanın qalanını əlavə edin, qapağını örtüb daha 10-15 dəqiqə bişirin. Ocağı söndürüb 15 dəqiqə dəmdə saxlayın.

Nuş olsun!
Etiketlər: dəqiqə, istiot, dəstə, əlavə, bişirin, sarımsaq, ocağı, azaldıb, sonra, üzərinə, Tavanı, qoyun, Qaynara, düşəndən, bağlı, soğanın, Ocağı, söndürüb, dəmdə, saxlayın
BİZİ İZLƏYİN