• Toyuqlu tava dürümü resepti

Reseptin məlumatları Baxış sayı: 12079

Tarix : 15.03.2017, 21:00

Bölmə : Quru yeməklər, Toyuq yeməkləri, Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Şef / Mənbə : Chef Mübariz




Tərkibi:
2 ədəd lavaş çörəyi
2 ədəd toyuq sinəsi
1 ədəd qırmızı dolmalıq bibər
1 ədəd sarı dolmalıq bibər
1 ədəd yaşıl dolmalıq bibər
1 ədəd qırmızı Meksika bibəri
2 diş sarımsaq
1 ədəd böyük boy qırmızı soğan
1 ədəd limonun qabığı
1 ədəd limonun suyu
3-4 budaq təzə keşniş ya da cəfəri
200 qr. rəndələnmiş kaşar pendiri
Zeytun yağı
Duz
Qara bibər

Hazırlanması:
Toyuq, Soğan və bibərləri incə uzun doğrayın.Sarımsağı əzin və ya çox kiçik doğrayın. Orta boy bir tavaya az zeytun yağı əlavə edin və qızınca toyuqları əlavə edin. Toyuqların üzəri yaxşıca rəng aldıqdan sonra bir qaba qoyun . Həmin tavaya bir az daha zeytun yağı əlavə edib bibərləri atın. Bibərlər bir az yumşaldıqdan sonra soğanı əlavə edin və bişirməyə davam edin. Kənara qoyduğunuz toyuqları, Meksika biberini və sarımsağı da bu qarışığa əlavə edin. Son olaraq limon suyu, limon qabığı, duz və qara bibəri əlavə edin və birlikdə çevirib yenidən qaba alın. Lavaşın birini götürüb tavaya yerləşdirin. Kənarları bir az yüksək qalacaq . İçərisinə toyuqlu daxili xərcinizi əlavə edin. Üzərinə kaşar pendirindən dilədiyiniz miqdarda yayın. Digər lavaşı kiçik bir qab köməyiylə kiçik bir dairə olacaq şəkildə kəsin kaşar pendirinin üzərinə yerləşdirin. 180 dərəcədə əvvəlcədən qızdırılmış sobada pendirlər tamamilə əriyənə qədər bişirin. Sobadan çıxartdığınız tava dürümünün üzərini qıyılmış keşniş yarpaqları ilə bəzəyin və dilimləyərək xidmət edin.

Nuş olsun!
Etiketlər: əlavə, bibər, kaşar, kiçik, dolmalıq, tavaya, qırmızı, qabığı, yerləşdirin, keşniş, limon, toyuqları, limonun, zeytun, sonra, Meksika, bibəri, doğrayın, bibərləri, Digər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN