• Pendirli pide resepti

Reseptin məlumatları Baxış sayı: 22 837

Tarix : 31-03-2017, 17:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- Yarım stəkanı duru yağ
- 3 çörək qaşığı qatıq
- 150 ml ilıq su
- 40 qram duru maya
- 4 stəkan un
- 1 çay qaşığı duz
- 1 çay qaşığı şəkər tozu
- Ağ pendir
- 4 orta boy baş soğan

Hazırlanması:
Əvvəlcə pendirli pidenin xəmiri hazırlanır. Dərin bir qaba un, qatıq və duru yağ tökün. İlıq suyun içərisinə mayanı əlavə edin. Maya əridikdən sonra onu da qabın içərisinə tökün. Şəkər tozu və duz da qatıb xəmiri yoğurmağa başlayın. Yaxşıca yoğurduqdan sonra üzərini örtüb mayalanmasını gözləyin.

İçini hazırlayarkən ağ pendir və xırda doğranmış baş soğanı əlinizlə qarışdırın. Xəmir mayalandıqdan sonra 15 bərabər hissəyə bölün. Daha sonra hər bir xəmiri pide şəklində açın.

Sonrakı mərhələdə içərisinə pendirli qarışımı qoyub kənarlarını üstünə bağlayın və bərk yapışdırın. Pide hazır olduqdan sonra 200 dərəcədə sobaya qoyun. Üzərləri qızarana qədər bişirin. Sobadan çıxardıqdan sonra üstündəki xəmir hissələrinə kərə yağı sürtün. Dilimləyərək süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, qaşığı, xəmiri, içərisinə, pendir, tökün, qatıq, pendirli, üstünə, hazır, dərəcədə, olduqdan, yapışdırın, bağlayın, qarışımı, bölün, hissəyə, bərabər, şəklində, Sonrakı
BİZİ İZLƏYİN