• Kartoflu iç-çalat qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 5 604

Tarix : 27-04-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Anonim


Tərkibi:
300 qr toyuq iç-çalatı,
3-4 ədəd kartof (orta ölçülü),
2 x.q. kərə yağı
Duz,istiot

Hazırlanması:
İlk öncə toyuğun iç-çalatını suda bişiririk. Vaxt aşırı qazanın qapağını açaraq suyun üzündən kəfi yığırıq. İç-çalat bişdikdən sonra suyunu süzürük və xırda-xırda doğrayırıq. Ayrı bir tavaya doğranmış iç-çalatı əlavə edərək kərə yağında qızardırırıq. Son olaraq kub formasında doğranmış kartofları da tavaya əlavə edib, qızarana qaədər birlikdə bişiririk(zövqə görə duz,istiot bu mərhələdə tökülür). Beləliklə, yeməyimiz süfrəyə verilməyə hazırdır.

Nuş olsun!
Etiketlər: tavaya, doğranmış, əlavə, bişiririk, xırda, çalatı, istiot, kartofları, qızarana, formasında, qızardırırıq, edərək, yağında, qaədər, olaraq, zövqə, süfrəyə, verilməyə, hazırdır, yeməyimiz
BİZİ İZLƏYİN