• Brokkoli və toyuq döşü resepti

Reseptin məlumatları Baxış sayı: 3 017

Tarix : 26-05-2017, 14:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
*1 ədəd toyuğun döş əti;
*300 qram brokkoli;
*200 qram gül kələmi (zövgə görə);
*1 ədəd kök;
*5-7 ədəd pomidor (çerri pomidoru ola bilər);
*1 xörək qaşıqı zeytun yağı;
*Dəniz duzu, istiot zövgə görə;
*Zövgə görə pendir və ya günəbaxan tumu əlavə etmək olar.

Hazırlanması:
Toyuğun döş ətini qaynadırıq,uzunsov doğrayırıq. Brokkoli və gül kələmi duzlu suda 3 dəqiqə qaynadırıq.

Kökü sürtkəcin böyük qözündən keçiririk və ya uzunsov doğrayırıq, pomidorları doğrayırıq, hamısını odadavamlı bir tavaya yığırıq, üzərinə zeytun yağı, duz və istiot əlavə edirik və 20 dəqiqılik qaynar sobaya yerləşdiririk (200°C).

Mən zeytun əlavə etdim, əvəzində pendir və ya günəbaxan tumu əlavə etmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, doğrayırıq, zeytun, istiot, pendir, etmək, qaynadırıq, günəbaxan, uzunsov, kələmi, zövgə, tavaya, yığırıq, əvəzində, odadavamlı, hamısını, keçiririk, pomidorları, üzərinə, edirik
BİZİ İZLƏYİN