• Mişlen blinçikləri resepti

Reseptin məlumatları Baxış sayı: 16 624

Tarix : 19-08-2014, 13:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q toyuq filesi
2 baş soğan
3 yumurta
300 ml süd
150 q un
şəkər tozu (zövqə görə)
1 ç.q. duz
2 x.q. bitki yağı
1 x.q. kərə yağı

Hazırlanması:
Toyuğun üstünə soyuq su töküb iti ocağın üstünə qoyun. Qaynara düşən kimi ocağı azaldın, 10 dəqiqə bişirin. Hazır olub-olmadığını yoxlamaq üçün bıçaqla kəsin - ortasında qan izi olmamalıdır.

Soğanı xırda doğrayıb qızılı rəng alanadək qovurun. Toyuq əti və soğanı ət maşınından keçirin. Zövqünüzə görə duz vurub soyuducuya qoyun.

Xəmir: unun içinə yumurta çalın, eynicinsli kütlə alınanadək qarışdırın. Tədricən süd əlavə edin, bu zaman xəmiri qarışdırmağı dayandırmayın. Qatı xama kimi olmalıdır.

İri tavada napnazik blinlər bişirin, gözləyin, yanmasın. Tam soyudun.

Hər blini ölçüsünə görə 4 və ya 6 yerə bölün. Hər bir hissənin ortasına bir xörək qaşığı iç qoyub səliqə ilə bükün.

Hazır blinçik borucuqlarını kərə yağında qızılı rəng alanadək bişirin. Boşqablara qoyun. Süfrəyə xama ilə verin.

Nuş olsun!
Etiketlər: bişirin, qoyun, qızılı, üstünə, Hazır, alanadək, yumurta, qarışdırmağı, Xəmir, xəmiri, dayandırmayın, soyuducuya, tavada, olmalıdır, olsun, zaman, əlavə, kütlə, içinə, çalın
BİZİ İZLƏYİN