• Ətli blinçik resepti

Reseptin məlumatları Baxış sayı: 11481

Tarix : 6.03.2017, 21:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Qəlyanaltılar, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Süd 1l
Yumurta 3 ədəd
Şəkər tozu 1 x.q
Bitki yağı 50 ml
Duz 1 ç.q
Çay sodası 1/2 ç.q

İçlik:
Mal əti qiyməsi 500 q
Soğan 2 ədəd (Orta ölçüdə)
Uzun düyü 1/2 stəkan
Duz 1 ç.q
İstiot 1/2 ç.q

Hazırlanması:
Südə yumurtaları, duzu, şəkər tozunu əlavə edib çalmaq. Alınan məhlula unu tökmək və bir daha yaxşı qarışdırmaq. Qarışdırmağı davam edərək bitki yağını əlavə etmək. Xəmirdə un yumurcaqlarının qalmaması vacibdir. Xəmir qatı ayran kimi olmalıdır. Hazır xəmiri 30 dəq. otaq temperaturunda saxlamaq lazımdır.

İçlik:
Mal ətini ətçəkən maşından keçirmək. Tavada bitki yağında əti pörtlətmək üzərinə soğan əlavə etmək və 5 dəq. ərzində qızartmağa davam etmək. 5 dəq. sonra tavaya bir stəkan su əlavə etmək və qapağını örtmək. hazır ətə duzlu suda qaynadılmış və suyu süzülmüş düyünü qatmaq. Zövgə görə duz, istiot, sarı kök əlavə etmək. İçlik üçün həmçinin əti əvvəlcə qaynadıb sonra ətçəkən maşından keçirtmək olar.

Teflon dibi olan tavanı isitmək və çömçə ilə xəmiri götürüb tava tökmək. Blinçik tarazlı yayılması üçün tavanı silkələmək. Blinçik azca, qızılı rənq alana kimi qızardılmalıdır. Bir üzünü qızartmaq yetərlidir. Blinçiklərin qızardılması üçün ideal tava ölçüsü – 13 sm-dir.

Blinçikin qızardılmış hissəsinə bir qaşıq içlik qoyub onu konvert şəklində bükmək lazımdır. Hazır blinçikləri tavada az miqdarda birki yağı qızdırıb qızartmaq olar. Bükülmüş blinçikləri həmçinin buz dolabında 2 həftəyə qədər saxlamaq olar.

Nuş olsun!
Etiketlər: əlavə, etmək, İçlik, ətçəkən, sonra, maşından, tökmək, davam, Blinçik, blinçikləri, xəmiri, tavanı, qızartmaq, həmçinin, Hazır, bitki, saxlamaq, lazımdır, stəkan, alana
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Blinçik çox sevirəm
12 mart 2017 10:55
1
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN