• Krem Brule resepti

Reseptin məlumatları Baxış sayı: 3 416

Tarix : 11-06-2018, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
4 bu cür qablıq porsiya:
500 ml. 35% qaymaq
4 yumurta sarısı
3 x.q. şəkər tozu içinə və 1 x.q. şəkər tozu üstünə
1 vanil çubuğu

Hazırlanması:
1.Qaymağı dərin qazanın içinə tökürük. İçinə vanil çubuğunu atırıq. Qaynayana kimi qaymağı qızdırırıq. Qəti qaynamamalıdır. Sadəcə vanilin dadı keçməlidir qaymağa.
2.Yumurta sarısını şəkər tozu ilə çalırıq.
3.İsinmiş qaymaqdan vaniç çubuğunu çıxardırıq.
4.Yumurtalı qarışıma yavaş-yavaş qaymaq tökürük və qarışdırırıq.
5.Bu qarışımı soba qablarına tökürük.
6.Sobanı 170 dərəcədə isidirik.
7.Böyük soba qabına yarıya kimi qaynar su tökürük. Kremla qabları bu suyun içinə qoyuruq və 30-35 dəqiqə bişiririk.
8.Hazır krem bruleni 6 saat soyuducuda saxlayırıq.
9.Servis edəndə üstünə şəkər tozu səpirik və yandırırıq. Xüsusi yandıranınız yoxdursa qril rejiminə 5 dəqiqəlik sobaya yerləşdirin ki, şəkər tozi karamelizə olsun.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: şəkər, tökürük, içinə, üstünə, yavaş, çubuğunu, vanil, qaymaq, qabları, Hazır, suyun, qoyuruq, bişiririk, dəqiqə, qabına, isidirik, dərəcədə, Böyük, bruleni, qaynar
BİZİ İZLƏYİN