• Dördlük salatı resepti

Reseptin məlumatları Baxış sayı: 13 592

Tarix : 12-10-2014, 14:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 badımcan
4 şirin bibər
4 soğan
4 pomidor

Marinad üçün:
100 q su
100 q bitki yağı
50 q şəkər tozu
1 x.q. duz
70 q 9%-li sirkə

Hazırlanması:
Tərəvəzləri yuyun, təmizləyin. İri doğrayın (məsələn, hərəsini dörd yerə, gözünüzə çox iri görünürsə, bir az da xırdalaya bilərsiniz).

Marinad üçün olan ərzağı qarışdırın, qazana tökün, tərəvəzləri də buraya əlavə edin. Ocağın üstünə qoyun. Qaynara düşəndən sonra 30 dəqiqə bişirin (artıq olmaz, çünki tərəvəz əzilər).

Bankaları sterilizə edin (mikrodalğalı sobada, yaxud içində su qaynayan qazanın buxarında), qapaqların üstündən qaynar su axıdın. Qaynar salatı hazırladığınız bankalara yığın, qapağını bağlayın. Bankaları tərs çevirin, bükün, soyuyandan sonra üstünü açıb çevirin.

Nuş olsun!
Etiketlər: Bankaları, Marinad, çevirin, sonra, sobada, mikrodalğalı, yaxud, qazanın, içində, sterilizə, qaynayan, tərəvəz, artıq, bişirin, olmaz, çünki, buxarında, əzilər, üstündən, bağlayın
BİZİ İZLƏYİN