Tərkibi:1.5 st. süd
2 paket şanti kremi
0,5 st. fındıq
15 ədəd yulaflı peçenye
1 x.q. üyüdülmüş qəhvə
sous:
150 q tünd şokolad
150 ml qaymaq
Hazırlanması:Qəhvəni süddə əridin. Krem-şantini əlavə edib mikserlə çalın.
Yulaflı peçenyeləri xırdalayıb kremə qatın. Ortadan bölünmüş fındıq ləpələrini də əlavə edib qarışdırın.
Dördbucaq, hündür qabın içinə qida plyonkası çəkin. Kremi içinə doldurun.
Buz dolabında 2 saat saxlayın.
Qaymağı qazana töküb ocağın üzərinə qoyun, qaynara düşəndə şokoladı xırdalayıb əriyincə qarışdırın (qaynatmaq olmaz). Soyudun.
Parfeni dondurucudan çıxarıb buluda tərs çevirin. Şokoladlı sousu üzərinə gəzdirin.
Nuş olsun!
Etiketlər: xırdalayıb, əlavə, üzərinə, qarışdırın, içinə, fındıq, ocağın, Kremi, qoyun, töküb, qazana, dolabında, saxlayın, qaynara, Qaymağı, doldurun, şokoladı, buluda, çıxarıb, çevirin