• Sütlaç şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 33 458

Tarix : 13-12-2016, 20:00

Bölmə : Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Yarım su stəkanı düyü
1 su stəkan su
5 su stəkan süd
2 şorba qaşığı nişasta
1 paket vanil
1.5 su stəkan şəkər tozu
1 yumurta sarısı

Hazırlanması:
Düyünü yarım saat ilıq suda gözlədin. Bol su ilə yuyub süzün. 1 stəkan su əlavə edib orta atəşdə suyu çəkilincəyə qədər bişirin. Süd, vanil və şəkəri əlavə edib düyünü yaxşıca yumuşalıncaya qədər qarışdıraraq bişirin. Nişastanı 2-3 qaşıq su ilə əzib sütlaca əlavə edin. 4-5 dəqiqə daha qarışdıraraq qaynadın. Bir qabda yumurta sarısını çırpın. 1 çömçə sütlaç əlavə edin. Qarışığı sütlaca əlavə edib qarışdırın. Bir dəfə daha qaynadıb qazanı ocaqdan alın. Sütlaç kasalara paylaştırıp soba listinə düzün.Listə kasaların yarısına gələcək qədər su əlavə edin.Sütlacların üzəri yüngül çəhrayı rəng alana qədər sobada qalsın.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, qədər, yumurta, bişirin, qarışdıraraq, vanil, sütlaca, Sütlaç, ocaqdan, kasalara, paylaştırıp, listinə, qazanı, qaynadıb, çömçə, sütlaç, Qarışığı, qarışdırın, düzün
BİZİ İZLƏYİN