• Muhallebi resepti

Reseptin məlumatları Baxış sayı: 20 895

Tarix : 2-05-2017, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Elpiera


Tərkibi:
Muhallebi üçün:
1 litr süd,
2 x.q. un,
3 x.q. nişasta,
1 st şəkər tozu,
1 paket vanil,
1 x.q. kərə yağı

Sous üçün:
600 qr mandarin,
3 x.q. nişasta,
6 x.q. şəkər tozu

Hazırlanması:
Əvvəlcə mandarinlərin qabığını soyaraq blenderlə əzirik. Daha sonra suyunu süzüb, bir qazana tökürük. Qazanı qaza qoyaraq nişasta və şəkər tozu əlavə edib, sürətlə qarışdırırıq. Qatı hala gəldikdən sonra isladılmış plastik keks qabına tökürük və üzərinə mandarin dilimləri düzürük.

Muhallebini bişirmək üçün qeyd olunmuş bütün ərzaqları (vanil və kərə yağından başqa) qazana töküb,qarışdırırıq. Qaza qoyub qatılaşana kimi qarışdıraraq bişiririk. Hazır olduqdan sonra vanil və kərə yağı əlavə edib, yenidən qarışdırırıq.

Son olaraq keks qabına tökdüyümüz mandarin sousunun üzərindən hazırladığımız bu qarışımı əlavə edirik. 1 gün saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, mandarin, əlavə, qarışdırırıq, vanil, nişasta, şəkər, tökürük, qabına, qazana, bilərsiniz, qarışdıraraq, bişiririk, Hazır, qatılaşana, qoyub, ərzaqları, yağından, başqa, töküb
BİZİ İZLƏYİN