• Krem karamel resepti

Reseptin məlumatları Baxış sayı: 11 537

Tarix : 13-02-2017, 16:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Muhallebi üçün:
1 litr süd
1 su stəkanı şəkər
3 yemək qaşığı un
3 yemək qaşığı nişasta
2 paket vanil
1 yemək qaşığı marqarin (arzuya görə)

Karameli üçün:
1 su stəkanı şəkər

Hazırlanması:
ilk olaraq karameli hazırlamaq üçün şəkəri uyğun bir qaba qoyub ocağın üzərinə qoyuruq, şəkər əriyənə qədər qaynadırıq.
Karamelimizi istədiyiniz kasa və ya fincanlara paylaşdırıb muhallebini hazırlamağa keçirin.
Muhallebi ərzaqlarının hamısını bir qazana boşaldın qarışdıraraq tündləşənə qədər qaynadırıq sonra ocaqdan götürürük.
Bişən mahallebini kasalara boşaldıb soyumağa qoyuruq.
Servis etmədən əvvəl karemelin hamısının axmasını istəsək kasaları 2-3 dəqiqə qədər qaynar suya qoyub servis boşqabına tərs çeviririk.

Nuş olsun!
Etiketlər: qədər, qaşığı, yemək, şəkər, Muhallebi, qaynadırıq, qoyuruq, qoyub, stəkanı, mahallebini, kasalara, boşaldıb, çeviririk, Bişən, götürürük, tündləşənə, sonra, ocaqdan, boşqabına, qarışdıraraq
BİZİ İZLƏYİN