• İtaliya deserti Pana-Kotta resepti

Reseptin məlumatları Baxış sayı: 3 179

Tarix : 6-06-2017, 21:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 qram qaymaq
1 paket toz formalı jelatin
50 qram şəkər tozu
1 paket vanil
1q xörək q. konyak
100 qram giləmeyvə
4 ədəd albalı (konservləşdirilmiş də ola bilər)

Hazırlanması:
Bir qaba 4 xörək q. qaynar su tökün və jelatini onda həll edin, 5-10 dəqiqə şişməyini gözləyin.
Qaymağı şəkər tozu, vanil və konyak ilə çalın və jelatini buna əlavə edin, yaxşı qarışdırın.
Desert hazırlayacağınız balaca stəkan formalı qablara albalı qoyub üzərinə alınmış qaymaqlı kütləni tökün.
2 saat soyuducuda saxlayın.
Deserti formadan çıxartmaq istəsəniz qabı isti suya salın və tərsinə nimçəyə qoyun, rahatlıqla formadan çıxacaq.
Soyuduqdan sonra üzərinə doğranmış giləmeyvə qoya bilərsiniz.

Nuş olsun!
Etiketlər: albalı, giləmeyvə, tökün, formadan, üzərinə, konyak, jelatini, formalı, xörək, paket, vanil, şəkər, istəsəniz, çıxartmaq, Deserti, soyuducuda, qaymaqlı, kütləni, salın, saxlayın
BİZİ İZLƏYİN