• Kələm salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 547

Tarix : 23-11-2019, 12:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
750 qram təzə kələm
1-2 ədəd kök
3 x.q. bitki yağı
80 qram yaşıl soğan
1/2 stəkan üzüm sirkəsi (3%-li)
2 x.q. şəkər tozu
1 ç.q. duz

Hazırlanması:
Əvvəlcə arıtlanmış və yuyulmuş kələmi dörd yerə bölün, özəyini çıxarın, sonra həmin hissələri nazik doğrayıb, dərin olmayan boşqaba qoyub (ən yaxşısı emal qaba qoymaq), duzlayın və şirəsini buraxanadək və yumşalanadək ovxalayın.
Bundan sonra şirəni sıxın, kələmi saxsı, emal və ya şüşə qaba qoyun, xırda doğranmış və ya sürtgəcin iri gözündən keçirilmiş kök, sirkə əlavə edib, qarışdırın və 2-3 saat soyuq yerdə saxlayın.
Süfrəyə verməzdən əvvəl bitki yağı, şəkər əlavə edib qarışdırın. Salat qabına qoyduqdan sonra üzərinə yaşıl soğan və ya şüyüd səpin.
Kələm salatına qabığı soyulmuş və dilimlənmiş alma, əvvəlcədən qaynar suda isladılmış ərik qurusu, çəyirdəksiz qara gavalı, həmçinin quşüzümü, turşuya qoyulmuş meyvə və giləmeyvələr əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, qarışdırın, şəkər, kələmi, soğan, bitki, yaşıl, qabına, qoyduqdan, şüyüd, Kələm, səpin, Salat, üzərinə, əvvəl, yerdə, soyuq, saxlayın, salatına
BİZİ İZLƏYİN