• Sürpriz salatı resepti

Reseptin məlumatları Baxış sayı: 17 209

Tarix : 10-10-2014, 15:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q şampinyon
3 bişmiş yumurta
1 bişmiş kartof
1 baş soğan
2 sarı bolqar bibəri
1 iri pomidor
10 ədəd gavalı qurusu (yaxud dondurulmuş gavalı)
ədviyyat (quru sarımsaq, karri, xmeli-suneli - hərəsindən bir çimdik)
duz
1 x.q. alma sirkəsi
50 ml. qaynadılmış soyuq su
6-7 x.q. mayonez
1 çimdik şəkər tozu
1 x.q. bitki yağı
üyüdülmüş qara istiot

Hazırlanması:
Şampinyonları duzlu suda bişirin.

Soğanı yarımhalqa doğrayıb su, sirkə və şəkər tozunda marinə edin.

Lay-lay düzün:

1. Siniyə əvvəlcə şampinyonları düzün, üstünə mayonez çəkin.
2. Sürtgəcdən keçirilmiş bişmiş kartof, üstünə marinadı sıxılmış soğan səpib, mayonez çəkin.
3. Doğranmış bolqar bibəri.
4. Doğranmış yumurta + mayonez.
5. Pomidor + mayonez (hər layı azca duzlaya bilərsiniz).

Salatın olduğu sininin üstünə qapaq qoyub soyuducuya qoyun.

Gavalıları iki bölün, yağlanmış, qızdırılmış tavaya qoyub, duz-istiot vurun, ədviyyat əlavə edib, tavanın qapağını örtün, vam odda 5-7 dəqiqə bişirin. Çevirməyin. Soyudun.

Soyumuş salatı soyuducudan çıxarın. Düz boşqabı sininin ağzına qoyun, sonra sinini ehtiyatla, amma çox çevik bu qaba çevirin.

Salatın üstünü gavalı və bibərlə, həmçinin göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: mayonez, gavalı, üstünə, bişmiş, şəkər, qoyun, bişirin, düzün, çimdik, istiot, ədviyyat, çəkin, Doğranmış, soğan, bolqar, kartof, yumurta, Salatın, bibəri, sininin
BİZİ İZLƏYİN