• Şaxta baba salatı resepti

Reseptin məlumatları Baxış sayı: 44 049

Tarix : 26-12-2016, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 toyuğun döş əti
300 q təzə göbələk
200 q bərk pendir
3 yumurta
1 baş soğan
300-500 q mayonez
bitki yağı
qoz

Hazırlanması:
Toyuq ətini bişirin, soyudub kubik doğrayın. Soğanı çox xırda doğrayıb yağda qızardın. Xırda doğranmış göbələyi də əlavə edib hazır olanadək bişirin. Bişmiş yumurtaları və pendiri sürtgəcin iri gözündən keçirin.
Aralarına mayonez çəkməklə aşağıdakı qaydada siniyə düzün: toyuq + yumurta + göbələk + pendir + qoz.
Üzərini yumurta, qırmızı bibər və pomidorun köməyilə bəzəyib Şaxta babaya bənzədin.
Şaxta baba salatı resepti


Eyni tərifdən istifadə edib başqa salatlar da düzəltmək olar:

"Qarquşu":
Salatı siniyə quş formasında yığın. Başını, qanadını və quyruğunu qara zeytunla, sinəsini xırda doğranmış qırmızı bibərlə, kürəyini yumurtanın ağı ilə bəzəyin. Dimdiyi qırmızı istiotdan kəsin. Göyərtidən budaq düzəldin.
Şaxta baba salatı resepti


"Pinqvin":
Siniyə salatı pinqvin formasında yığın. Üzərinə sürtgəcdən keçirilmiş yumurta ağı səpin. Gözlərini və qanadlarını qara zeytunla, dimdiyini və ayaqlarını isə yerkökü ilə bəzəyin.
Şaxta baba salatı resepti


"Yolka bəzəyi"
Yolka oyuncaqları düzəltmək üçün siniyə göyərti döşəyin, üzərinə nar dənələri səpin. "Şam ağacı" salatının tərifindən istifadə edərək yumru kürəciklər düzəldin. Onları sürtgəcdən keçirilmiş rəngbərəng tərəvəzlərə: yerkökü, çüğündür, xiyar, yumurtanın ağına batırın. Mavi rəng almaq üçün yumurtanın ağını qida boyası ilə boyayın. Sonra kürəcikləri "budaqların" bir tərəfində düzün.
Şaxta baba salatı resepti


Nuş olsun!
Etiketlər: yumurta, siniyə, qırmızı, yumurtanın, zeytunla, formasında, düzəltmək, istifadə, düzün, bəzəyin, yerkökü, Yolka, səpin, keçirilmiş, düzəldin, sürtgəcdən, doğranmış, yığın, pendir, xırda
BİZİ İZLƏYİN