• Çörək salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 747

Tarix : 18-11-2014, 13:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100-150 q boyat çörək
3 pomidor
1 xiyar
cəfəri
göy soğan
2-3 diş sarımsaq
1 baş soğan

Sous üçün:
2 x.q. bitki yağı
2 x.q. zeytun yağı
1 x.q. sirkə
1 ç.q xardal

Hazırlanması:
Çörəyin qabığını çıxarıb soyuq suda isladın, sonra isə xırdalayın.
Pomidorların qabığını qaynar su vasitəsilə təmizləyin, dənələrini çıxarıb xırda doğrayın. Xiyarı xırda kubiklər şəklində doğrayın. Göy və baş soğanı xırda doğrayın, sarımsağı əzin. Bunların hamısını qarışdırıb 1-2 saatlığa soyuducuya qoyun.
Sousun ərzaqlarını qarışdırın. Süfrəyə verərkən salatın üzərinə sous gəzdirin, doğranmış göyərti səpin.

Nuş olsun!
Etiketlər: xırda, doğrayın, çıxarıb, qabığını, soğan, soyuducuya, qoyun, şəklində, saatlığa, qarışdırıb, soğanı, Bunların, hamısını, sarımsağı, Sousun, doğranmış, gəzdirin, göyərti, səpin, olsun
BİZİ İZLƏYİN