• 4x4 salatı resepti

Reseptin məlumatları Baxış sayı: 15 226

Tarix : 16-12-2014, 16:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Asan hazırlanmasına və ərzağın az olmasına rəğmən, bu salat süfrədə tez nəzərə çarpır. Çox hazırlamaq istəsəniz, ərzağın qədərini mütənasibliyi qoruyaraq artırın. Onu doğranmış göyərti ilə də bəzəyə bilərsiniz - zövq məsələsidir.

Tərkibi (1 pay):
4 qara zeytun
4 bildirçin yumurtası
4 çerri pomidoru
4 balaca motsarella pendiri
duz
istiot
zeytun yağı
göyərti (zövqə görə - cəfəri və ya göy soğan)

Hazırlanması:
Bildirçin yumurtalarını bişirib təmizləyin.

Göyərtidən başqa heç nəyi doğramaq lazım deyil.

Bütün ərzaqları salat qabına yığın, qarışdırın, duz, istiot vurun, üzərinə yağ gəzdirin. Göyərti səpin. Vəssalam!

Salatı kahı yarpağının üstünə də qoya bilərsiniz.
4x4 salatı resepti

4x4 salatı resepti

4x4 salatı resepti


Nuş olsun!
Etiketlər: göyərti, bilərsiniz, zeytun, salat, istiot, ərzağın, lazım, deyil, Bütün, doğramaq, ərzaqları, başqa, yumurtalarını, Bildirçin, bişirib, təmizləyin, Göyərtidən, qabına, yığın, Salatı
BİZİ İZLƏYİN