• Dovşan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 36943

Tarix : 25.05.2014, 13:55

Bölmə : Salatlar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 q toyuq əti
300 q göbələk
3 kartof
2 yerkökü
3 duzlu xiyar
4 yumurta
300 q mayonez
duz

Bəzək üçün:
2 kağız “qulaq”
1 zeytun
1 dilim yerkökü
Göyərti (zövqə görə)

Hazırlanması
Toyuq ətini bişirib didin. Göbələk əgər təzədirsə, duzlu suda hazır olanadək bişirin. Əgər konservləşdirilmişdirsə, yaxşıca yuyun. Hazır göbələyi blenderdə xırdalayın. Kartofu və yerkökünü hazır olanadək bişirin, təmizləyib sürtgəcdən keçirin.
Duzlu xiyarı sürtgəcdən keçirin. Yuyulub bişirilmiş yumurtaların ağını və sarısını ayırın, ayrı-ayrı qablara sürtgəcdən keçirin.
Salatı buluda lay-lay düzün. Lap əvvəldən dovşan forması verin: Kartof + mayonez + toyuq əti + mayonez + duzlu xiyar + mayonez + yumurta sarısı + mayonez + yerkökü + mayonez, göbələk + mayonez + yumurtanın ağı. Sonra “dovşan”ın “baş”ına kağızdan düzəltdiyiniz “qulaqları” taxın. Zeytundan “gözlər” və “burun” hazırlayın, “dovşan”ın yan-yörəsinə xırda doğranmış göyərti, məsələn, şüyüd səpin.

Nuş olsun!

Etiketlər: mayonez, duzlu, sürtgəcdən, yerkökü, keçirin, bişirin, toyuq, hazır, olanadək, yumurta, göbələk, xiyar, sarısı, Kartof, yumurtanın, Sonra, ayırın, qablara, verin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
NargizNigar
super gkrunur
8 noyabr 2016 10:36
5
Offline
Totu
Süperdi gorünüşu çox beyendim resepti
2 may 2016 20:22
4
Offline
leyli
MENCE ELAAAAAA OLAR
29 noyabr 2014 17:32
3
cok guzelim bee
Offline
Svetoklana
Gorunuşu ve tərkibi hər ikisi07.Xəbər üçün təşəkkürlər
29 noyabr 2014 02:48
2
Offline
emis
super gorunusu var
22 iyul 2014 21:39
1
BİZİ İZLƏYİN




Yandex.Metrica