• Aralıq dənizi salatı resepti

Reseptin məlumatları Baxış sayı: 14 226

Tarix : 21-12-2015, 20:00

Bölmə : Salatlar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1/2 dəstə kahı
8-10 yarpaq reyhan
5-6 təzənanə budağı
5-6 sap roka və ya tərə
100 qram pendir
1 ədəd pomidor
4 ədəd göy soğan
1 ədəd xiyar
5-6 sap cəfəri
1 ədəd yaşıl bibər
istənirsə bişmiş qarğıdalı
duz

Sos üçün:
3 qaşıq zeytun yağı
1 qaşıq narşərab
1 qaşıq limon suyu
sumaq
nanə

Hazırlanması:
Aralıq dənizisalatı hazırlamaq üçün salatlıq məhsulları yuyun və suyunun quruması üçün süzgəcə qoyun.
Xiyarları zoğ şəklində soyun, pomidorlarla birlikdə doğrayın
Soğanları və bibəri incə-incə doğrayın. Suyu süzülən kahını və digər göyərtiləri biraz iri formada doğrayın.
Bütün məhsulları salat qabına alın və qarışdırın. Pendiri kub şəklində doğrayın və salatınızı bəzəyin
Zeytunyağı, narşərab, limon suyu, sumaq və nanəni birkiçik kasada qarışdırın.
Sos ilə birlikdə servis edin.

Nuş olsun!
Etiketlər: doğrayın, Aralıq, qaşıq, dənizi, birlikdə, sumaq, limon, qarışdırın, şəklində, salatı, məhsulları, narşərab, süzülən, bibəri, Soğanları, pomidorlarla, qoyun, Xiyarları, soyun, kahını
BİZİ İZLƏYİN