• Zeytunlu pendirli salat resepti

Reseptin məlumatları Baxış sayı: 24 118

Tarix : 13-06-2014, 22:46

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st zeytun
150 q ağ pendir
2 ədəd tər xiyar
1 ədəd kahı
3 zövqə göy soğan
Balaca dəstə (nanə, cəfəri və şüyüd)
2 x.q zeytun yağı
Duz

Hazırlanması:
Zeytunun tumunu çıxarıb halqa doğrayırıq. Ya da hazır doğranmış zeytundan istifadə edirik.
Pendiri balaca kubik şəkildə doğrayırıq.
Xiyarı yuyub təmizləyib dörd bölüb doğrayırıq.
Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.
Kahını təmizləyib yuyub əlimiz ilə xırda hissələrə bölürük.
Doğranmış ərzaqları bir yerə töküb qarışdırırıq. Üstünə yağı əlavə edib yenidən qarışdırırıq.
Əgər pendir duzlu olsa duz tökməyin. Salatımız hazırdır.

Nuş olsun!
Etiketlər: doğrayırıq, yuyub, təmizləyib, qarışdırırıq, xırda, zeytun, pendir, hissələrə, bölürük, Göyərtiləri, bölüb, Doğranmış, Kahını, əlimiz, töküb, tökməyin, Salatımız, hazırdır, olsun, duzlu
BİZİ İZLƏYİN