• Közlənmiş badımcan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 37 429

Tarix : 23-07-2014, 02:12

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
3 ədəd közlənmiş bostan badımcanı
2 ədəd pomidor
4-5 ədəd acı bibər
8-10 budaq cəfəri
1 ədəd quru soğan
3 çay qaşığı sumaq
Duz

Sous üçün:
½ çay stəkan zeytunyağı
3 diş döyülmüş sarımsaq
2 şorba qaşığı limon suyu

Hazırlanması:
Badımcanları közləyin, qabığlarını soyun, kiçik quşbaşı şəklində doğrayın, dərin bir kasada qabıqları soyulmuş bir az böyük şəkildə doğradığınız pomidor, xırda doğranmış cəfəri və bibərlərlə yaxşıca qarışdırın. Quru soğanı ay şəkildə incə doğrayın, duzla yüngül ovun, sumakla birlikdə badımcanlı qarışığa əlavə edin.

Sous üçün zeytunyağı sarımsaq və limon suyunu qarışdırın, badımcan salatına əlavə edin. 10 dəq. qədər sousu çəkməsi üçün gözləyin.

Qeyd: Ölçü 7-8 nəfərlikdir, salatınıza sumaq yerinə nar turşusunda da əlavə edə bilərsiniz, ancaq qaraltdığı üçün mən seçmirəm.

Nuş olsun!
Etiketlər: əlavə, zeytunyağı, qaşığı, sarımsaq, limon, doğrayın, cəfəri, sumaq, qarışdırın, şəkildə, pomidor, soğanı, yüngül, suyunu, badımcan, duzla, qarışığa, salatına, badımcanlı, sumakla
BİZİ İZLƏYİN