• Yeni il gecəsi salatı resepti

Reseptin məlumatları Baxış sayı: 34 839

Tarix : 30-12-2017, 17:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q duzlu siyənək
1 baş soğan
2-3 çuğundur
3 duzlu xiyar
4 yerkökü
2 turşməzə alma
150 q bərk pendir
4 kartof
9 yumurta
göyərti
3 x.q. sirkə
0,5 ç.q. şəkər tozu
300 q mayonez
duz
1/4 st. quşüzümü (bəzək üçün, nar da olar)

Hazırlanması:
Siyənəyi 1 sm enində şəridlərə doğrayın.
Soğanı nazik halqa doğrayıb 3%-li sirkə və şəkər tozunun qarışığında 5 dəqiqə marinə edin.
Çuğundur, kartof və yerkökünü qaynadıb soyudun, təmizləyin, sürtgəcin iri gözündən ayrı-ayrı qablara keçirin. İki bişmiş yerkökünü isə bəzək üçün saxlayın.
Almaları yuyub qabığını soyun, cecəyini çıxarıb sürtgəcdən keçirin.
Yumurtaları bişirin, 3 yumurtanı sürtgəcin iri gözündən keçirin.
Lay-lay düzün:
siyənək + soğan + göyərti + çuğundur + mayonez + doğranmış xiyar + sürtgəcdən keçirilmiş yerkökü + alma + pendir + kartof + mayonez + yumurta ağı (bu, «qar»dır).
«Siferblat» düzəltmək üçün 6 yumurtanı ortadan bölüb, ağlarını salatın dövrəsi boyu düzün, üstünə yerköküdən rum rəqəmləri «yazın».
Quşüzümü və göyərti ilə bəzəyin.

Nuş olsun!

Salatın başqa cür tərtibat qaydası:
Yeni il gecəsi salatı resepti

Yeni il gecəsi salatı resepti

Etiketlər: kartof, mayonez, göyərti, keçirin, şəkər, bəzək, sürtgəcin, düzün, yumurtanı, sürtgəcdən, sirkə, yerkökünü, gözündən, çuğundur, xiyar, yerkökü, siyənək, duzlu, soğan, pendir
BİZİ İZLƏYİN