Tərkibi:200 q krab çöpləri
200-250 q bərk pendir
3 yumurta
200 q ananas konservi
mayonez və ya xama
duz
istiot
Hazırlanması:Yumurtaları bişirib soyudun, sürtgəcdən keçirib mayonezlə qarışdırın.
Krab çöplərini başqa bir qaba sürtgəcdən keçirin, mayonezlə qarışdırın.
Pendiri başqa bir qaba sürtgəcdən keçirib mayonezlə qarışdırın.
Lay-lay salat qabına düzün: krab çöpləri + yumurta + pendir.
Salatı bir neçə saat soyuducuda saxlayın.
Ananası xırda doğrayın. Salatı süfrəyə verərkən üzərinə ananası düzün. Zeytun və göyərti ilə də bəzəyə bilərsiniz.
Nuş olsun!
Etiketlər: qarışdırın, mayonezlə, sürtgəcdən, çöpləri, pendir, başqa, düzün, Salatı, yumurta, keçirib, xırda, doğrayın, Ananası, bilərsiniz, olsun, süfrəyə, bəzəyə, ananası, saxlayın, Zeytun