• Subay salatı resepti

Reseptin məlumatları Baxış sayı: 12 142

Tarix : 31-03-2017, 14:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 xiyar
1 yerkökü
10 dilim salyami kolbasası
15 ədəd konservləşdirilmiş göbələk
0.5 st. konservləşdirilmiş qarğıdalı
4 x.q. mayonez
3 yumurta
8 orta boy pomidor
duz
istiot
4 ədəd ikiyə bölünmüş zeytun
5-6 budaq cəfəri

Hazırlanması:
Qabığı soyulmuş xiyarla yerköküləri sürtgəcdən keçirib qarışdırın. Salyami ilə göbələyi xırda doğrayın. Qarğıdalı, mayonez, duz, istiot qatıb qarışdırın.

Yumurtaları suda bişirib təmizləyin.

Pomidorların üst hissəsini 1 barmaq qalınlıqda qapaq kimi kəsin, içini oyun.

Salatı pomidorların içinə doldurun. Pomidorları salat qabına düzün.

Salatın qalanını qabın ortasına qoyun. Pomidorların üzərinə yumurta dilimi, zeytun və cəfəri budaqları qoyaraq bəzəyin.

Nuş olsun!
Etiketlər: qarışdırın, istiot, zeytun, Pomidorların, cəfəri, mayonez, yumurta, konservləşdirilmiş, barmaq, hissəsini, içinə, doldurun, qalınlıqda, pomidorların, kəsin, Pomidorları, Salatı, içini, qapaq, Salatın
BİZİ İZLƏYİN