• Qu quşu salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 606

Tarix : 2-04-2017, 14:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
150 q mayonez
240 q lobya konservi
3 yerkökü
200 q mal əti
2 marinə edilmiş xiyar
1 baş soğan
10 ədəd göy soğan

bəzək:
1 bolqar bibəri
4 dənəvər istiot
4 yumurta
10 şüyüd budağı

Hazırlanması:
Mal əti, yumurta və yerkökünü ayrı-ayrılıqda suda bişirin.
Yerkökü (birini bəzək üçün saxlayın), yumurta, ət və xiyarı kubik doğrayın. Göy soğanı xırda doğrayın.

Baş soğanı yarımhalqa doğrayıb 1 x.q. sirkə+0,5 x.q. şəkər tozu qarışığında yarım saat saxlayın.

Ət, yumurta, xiyar, yerkökü, göy soğan, suyu süzülmüş baş soğan və lobyanı mayonez qataraq qarışdırın.

Qaba ürək formasında döşəyin. Yerkökünü aypara şəklində doğrayaraq salatın kənarı boyu düzün (bir növ divar kimi).

Bişmiş yumurtadan şəkillərdə gördüyünüz qaydada qu quşları düzəldin. Bərkitmək üçün diş çöpündən istifadə edin.

Salatın üzərini şüyüd və "qu quşları" ilə bəzəyin.

Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT

Qu quşu salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: yumurta, soğan, quşları, saxlayın, şüyüd, doğrayın, soğanı, bəzək, mayonez, xiyar, yerkökü, formasında, qarışdırın, kənarı, düzün, salatın, doğrayaraq, Yerkökünü, döşəyin, aypara
BİZİ İZLƏYİN