• Qatıqlı toyuq salatı resepti

Reseptin məlumatları Baxış sayı: 3 654

Tarix : 16-06-2017, 21:00

Bölmə : Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yarım kiloqram toyuğun döş əti,
2 ədəd xiyar,
Yarım stəkan xırdalanmış qoz,
Yarım stəkan mayonez,
Yarım dəstə xırda doğranmış şüyüd,
Zövqə görə duz, istiot.

Hazırlanması:
Toyuq ətini duzlu suda yumşalanadək bişirin.

Bişirdiyiniz toyuq ətini kiçik-kiçik hissələrə doğrayın.

Xiyarı da kiçik hissəciklər şəklində doğrayın.

Bütün ərzaqları bir qaba qoyub, qarışdırın.

Süfrəyə verəcəyiniz qaba qoyub, üzərini qoz ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: Yarım, kiçik, doğrayın, ətini, qoyub, stəkan, hissəciklər, Xiyarı, hissələrə, şəklində, ərzaqları, üzərini, bəzəyin, verəcəyiniz, Süfrəyə, toyuq, qarışdırın, Bütün, yumşalanadək, mayonez
BİZİ İZLƏYİN