• Moruqlu bezeli tart resepti

Reseptin məlumatları Baxış sayı: 3 945

Tarix : 23-06-2018, 18:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Tart üçün:
3 ədəd yumurta sarısı
4 x.q. şəkər tozu
100 qr yağ
1 x.q. su
1 paket vanil
0.5 paket qabartma tozu
un

Beze üçün:
3 ədəd yumurta ağı
1 st. şəkər tozu
1 paket vanil
moruq

Hazırlanması:
Əvvəlcə tart üçün qeyd olunmuş ərzaqları bir qabda qarışdırıb, xəmir hazırlayırıq. Qabın üzərini streçlə bağlayıb, 30 dəqiqə müddətində soyuducuda saxlayırıq. Daha sonra xəmiri soyuducudan çıxardıb, sürtgəcdən keçirərək soba qabına yayırıq. Kənarları biraz hündür olmalıdır. 180 dərəcə istilikli sobada üzəri az qızarana kimi bişiririk. Sobadan çıxardıb, üzərinə moruq düzürük və yenidən bişməyə qoyuruq. Biraz keçdikdən sonra çıxardıb, soyuması üçün kənara qoyuruq.
Su vannası edib, daha sonra mikserlə çırpma üsulu ilə bezeləri hazırlayırıq. Torbaya yığıb, soyumuş tartın üzərinə sıxırıq. Rəngi dəyişməsi üçün üzərini mətbəx alışqanı ilə yandırırıq. Və yaxud yüksək dərəcədə 5-10 dəqiqə sobada da saxlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: paket, sonra, çıxardıb, hazırlayırıq, yumurta, üzərinə, dəqiqə, üzərini, qoyuruq, sobada, şəkər, vanil, moruq, üsulu, çırpma, mikserlə, vannası, Biraz, yenidən, düzürük
BİZİ İZLƏYİN