Tərkibi:150 q ağ şokolad
300 q un
2 ç.q. qabartma tozu
250 q kərə yağı
1/2 ç.q. duz
100 q şəkər
2 x.q. laym sedrası
3 iri yumurta
60 ml süd
Laymlı qlazur:150 q şəkər pudrası
1 x.q. kərə yağı
1 x.q. laym sedrası
2 x.q. laym şirəsi
Hazırlanması:Laymın qabığını sürtgəcin xırda gözündən keçirin (narın sedra almaq üçün).
Yumurtanın ağını sarısından ayırın.
Un, qabartma tozu və duzu qarışdırın.
Şokoladı su hamamında əridin.
Mikserlə yumşaldılmış yağı, şəkər tozu və laym sedrasını çalın.
Bir-bir yumurta sarılarını əlavə edin. Mikserin sürətini azaldıb tədricən şokoladı əlavə edin, sonra isə arada süd olmaqla un qarışığını.
Yumurta ağını möhkəm çalın.
Rezin qaşıqla bu qarışığı xəmirə əlavə edib qarışdırın.
Sinini yağlayın, un səpin.
Xəmiri içinə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Hazır olub-olmamasını diş və ya kibrit çöpü ilə yoxlayın.
Bişəndən sonra 10 dəqiqə sininin içində soyudun. Sonra isə tərs çevirin, tam soyumasını gözləyin.
Qlazur hazırlamaq üçün kərə yağını əridin, digər ərzaqlarla qarışdırın. Keksin üzərinə tökün.
İstəyə görə şokoladla bəzəyə bilərsiniz.
Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qarışdırın, dəqiqə, əridin, çalın, tökün, ağını, sonra, sedrası, qabartma, yumurta, Hazır, kibrit, yoxlayın, Sinini, olmamasını, bişirin, səpin, Əvvəlcədən